Bakı
15° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0681 AZN

Azərbaycan humanistlik göstərərək, daha üç hərbçini Ermənistana qaytarıb

Azərbaycan humanistlik göstərərək, daha üç hərbçini Ermənistana qaytarıb

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq daha üç erməni hərbçi Ermənistana qaytarılıb.

Ermənistana qaytarılan şəxslər 10 noyabr 2020-ci ildə imzalanmış razılaşmadan sonra Qarabağda tərksilah edilərək tutulublar. Bunlar Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır.

Onlar yaxın saatlarda Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general Rüstəm Muradovun müşayiəti ilə Bakı-İrəvan aviareysi ilə yola salınacaq.

Məlumatda o da deyilir ki, araşdırma zamanı onların erməni hərbçilər olduğu müəyyənləşsə də, cinayətkar fəaliyyətdə, o cümlədən Azərbaycan hərbçilərinin həlak olması və yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakları təsdiqlənməyib.

Qeyd edək ki, Azərbaycan indiyə qədər də humanistlik nümayiş etdirərək xeyli mülki ermənini və hərbçini qarşı tərəfə qaytarıb.

Ermənistan isə bunun əksinə olaraq, işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana verməkdən imtina edir.

Bundan başqa, Ermənistan Birinci Qarabağda müharibəsində itkin düşmüş 4000-dək Azərbaycan vətəndaşı barədə informasiya verməkdən boyun qaçırır. Eyni zamanda İrəvan Birinci Qarabağ müharibəsində əsir götürülmüş Azərbaycan vətəndaşları barədə məlumatları da gizlədir. 

Ən son xəbərlər

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər açılır

Bir qrup mədəniyyət xadiminə Prezidentinin fərdi təqaüdü veriləcək

İncəsənət xadimlərinə Prezident mükafatları təyin olunub - SİYAHI

Vətən müharibəsində şəhid olan hərbçimiz sabah Daşkəsəndə dəfn olunacaq

İş axtaran şəhid ailəsi üzvlərinə üstünlük verilməsinə dair prosedur qüvvəyə minib

Türkiyə Ordusu İraqda terrorçulara məxsus mağaranı məhv edib

Qərb KİV-lərinin qərəzli mövqeyinin ifşası: Prezidentin müsahibəsi trendə çevrilib

Bakıda küçələrin birinə Polad Həşimovun adı verildi

Azərbaycan Prezidentinin Vətən müharibəsi zamanı BBC-yə müsahibəsi 3 milyon baxışı keçib - VİDEO

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - VİDEO

Azərbaycanda həbsdə olan polkovnik azadlığa buraxıldı - FOTO

Xalq şairi Musa Yaqub vəfat edib

“Ağıllı şəhər” konsepsiyasının təhlükəsi açıqlandı

Atəşkəsdən sonra Azərbaycanın Ermənistana qaytardığı əsirlərin sayı açıqlanıb

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi oldu

Azərbaycan XİN Fransa və Kanadaya xəbərdarlıq edib

Çempionlar Liqasının finalçılarına vəd olunan mükafatlar bəlli olub

BŞİH mayın 8-i və 16-da bağçaların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

ABŞ və Türkiyə F-35 məsələsinin həlli ilə bağlı dialoqa başlayır