Bakı
23.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0722 AZN

Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə gedib

Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə gedib

2021-ci ilin 3-4 may tarixlərində Azər­baycan Respublikası Preziden­tinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kov­nik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sər­həd Xid­mətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qo­şun­ları­nın “Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər etmişlər.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və iş­ğal­ altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azər­baycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxla­nıl­­mış, son müddətdə bu ərazilərdə artıq 10 yeni hərbi hissənin fəaliyyətə başlamasının böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunmuşdur.

26 aprel tarixində Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xid­mətinin yeni inşa olunmuş hərbi hissəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Müzəffər Ali Baş Ko­mandanı cənab İlham Əliyevin sərhədçilər qarşısında çıxışından irəli gələn məsələlərin qısa müddətdə həll olunmasının vacibliyi vurğulanmış, Azərbaycan sərhədçilərinin bu tapşırıqların da öhdəsindən layiqincə gələ­cəklərinə əminlik ifadə olunmuşdur.

Ezamiyyət müddətində əlahiddə sərhəd divi­zi­yasının xidməti ərazi­sin­də dövlət sər­hədinin etibarlı mühafizəsinin təşkili lstiqamətində həyata keçirilən fəa­liyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası­, sərhəd yol­larının çəkil­məsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikin­ti-quru­culuq işlə­­ri və təhlü­kəsizlik tədbirləri nəzərdən keçirilmiş, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sərhədçilərlə görüşül­müş, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­ri ilə tanış olunmuşdur.

Əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti mü­şa­virə keçirilmiş, vəzifəli şəxslərin xidməti ərazidə mövcud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilmiş, hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsinin, dövlət sər­hədi­nin to­­xunul­maz­lığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsinin vacibliyi xüsusi qeyd olunmuşdur.

Səfər çərçivəsində həmçinin Azərbaycan-İran dövlət sərhədində Zən­gilan rayonu ərazisində “Bartaz” sərhəd zastavasında xidməti-döyüş fəaliy­yə­tinin təşkili, döv­lət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəl­dil­məsi üçün görülən işlərlə yerindəcə tanış olunmuş, şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilmiş, zəruri tapşı­rıq və tövsiyələr verilmişdir.

Ən son xəbərlər

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

İlham Əliyev Putini təbrik etdi

Prezident İlham Əliyev Kralica II Elizabeti 95 illik yubileyi münasibətilə təbrik edib

AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olundu - QRAFİK

Ərdoğan: “Şuşada Azərbaycanla Türkiyə arasında böyük miqyaslı müqavilə imzalanacaq“

Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verilib

AVRO-2020 yarışları dövründə Bakı metrosu gecə saat 2-dək işləyəcək

Bakı metrosu iyunda hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək

Avro-2020 ilə bağlı nəqliyyat planı açıqlanıb

Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcəklər

ABŞ Rusiyaya nota verib

Salyanda körpə divandan yıxılaraq ölüb

Rektor: "ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik"

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Atanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

Aleksandr Ata Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq

Qarabağda döyüşən xarici vətəndaşın məhkəməsinin vaxtı məlum olub - YENİLƏNİB

Sabah ictimai nəqliyyat işləyəcək

Bakı metrosunda iş saatı uzadıla bilər?

DYP maska ilə bağlı vətəndaşlara müraciət edib