Bakı
11°
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8906 AZN

Səudiyyə Ərəbistanında nigahsız əcnəbi sevgililərə yaşıl işıq yandırılıb

Səudiyyə Ərəbistanında nigahsız əcnəbi sevgililərə yaşıl işıq yandırılıb

Ölkədə ilk dəfə əcnəbi nigahsız turistlərə otellərdə qalmaq icazəsi verilib

 Dünyanın ən mühafizəkar ölkələrindən biri olan Səudiyyə Ərəbistanında nigahsız əcnəbi cütlüklərə otel otaqlarını bölüşməyə icazə verilib. Verilən bir digər icazə isə əcnəbi qadınların özlərinin hotellərdə yer rezerv edə bilməsidir.

Qəbul olunan bu qərarlar ancaq əcnəbi şəxslərə aid olunub.

Sərt islami qaydalarla idarə olunan Səudiyyə Ərəbistanı rəhbərliyi son illərdə müəyyən qədər liberal siyasət yürütməyə başlayıb. Ölkədə yerli qadınlara avtomobil sürməyə və xaricə yanlarında kişi olmadan səyahət etməyə icazə verilib.

Əcnəbi turistlərə verilən yeni icazələri də səudiyyəli rəsmilər tarixi addımlar kimi xarakterizə ediblər.