Bakı
17° Aydın hava
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8914 AZN

Bu ölkədə ilk selfi muzeyi açılıb

Bu ölkədə ilk selfi muzeyi açılıb

Sosial şəbəkələrdə foto paylaşımlarına həvəs göstərənlər üçün Vyana şəhərinin mərkəzində xüsusi selfi muzeyi açılıb.

“İncəsənəti sosial media ilə birləşdirək” devizi altında açılan muzeydə selfi çəkdirmək üçün 24 kulis quraşdırılıb. Gələn ilin mart ayınadək fəaliyyət göstərəcək “nofilter museum” adlanan bu məkan memarlıq təhsili alan iki gənc tərəfindən yaradılıb.

ABŞ və Asiya ölkələrində oxşar muzeylərdən ilhamlanan gənc memarlar açılışdan öncə bildiriblər ki, onlar rəngarəng fonlar sayəsində muzeyə gələnlərə estetik özçəkimlər imkanı təqdim etməyə çalışıblar. Həmçinin qeyd edilib ki, muzeyin zirzəmisində quraşdırılmış iki proyektor divarda müxtəlif simvollardan ibarət interaktiv görüntülər yaradır və belə fon qarşısında foto çəkdirənlərin sayı çox olacaq.

Təşkilatçılar həmçinin bildiriblər ki, foto motivləri zaman keçdikcə dəyişəcək, qarşıdan gələn Milad bayramı ilə əlaqədar Yeni il əhvalına uyğun arxa fonlardan istifadə ediləcək. Yarım ildən sonra muzey Vyanada fəaliyyətini dayandıracaq və Avropa şəhərlərindən birində açılacaq.

Ən son xəbərlər

Avropa Liqasının final matçının ev sahibi dəyişə bilər

Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI

Azərbaycanda 48 minə yaxın doğum qeydiyyata alınıb

Bu ölkədə koronavirusa yoluxan bütün azərbaycanlılar SAĞALDI

Boris Conson Rusiyanı G7-də görmək istəmir

Sosial yardım 1 il müddətində təyin olunacaq

Dünyada daha bir milyarder artdı

Maska taxmayanların 50 manat cərimələnməsini təsdiqləndi

"Facebook"un işçiləri tətilə hazırlaşırlar

Gürcüstanda koronavirusa yoluxanların sayı 796-ya çatdı

Karantini pozan kafe sahibi cəzalandırıldı

Bu ayda 10 gün qeyri-iş günüdür

İlham Əliyev: "Biz indi Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpa edilməsi prosesindəyik"

Tramp-Putin danışığının təfərrüatı məlum oldu

"Zoom"un dəyəri 50 milyard dolları ötdü

Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi məlum olub

Bərbərxana və gözəllik salonları üçün onlayn növbə sistemi yaradılacaq

Tikinti ilə bağlı tələblərdən biri ləğv edildi

Məhərrəm ayı bu tarixdə başlayacaq

Neftçala rayon prokuroru işdən çıxarılıb