Bakı
15° Aydın hava
Non-Stop music
İndi Efirdə 14:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0681 AZN

DSX-nin yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb

DSX-nin yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb

Aprel ayının 14-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlamışdır.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissə­nin fəaliyyətə başlaması mü­nasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırmışdır.

Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının davam etdirilməsi qeyd olunmuş, işğaldan azad olunmuş müqəddəs sərhədlərimizdə xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olması vurğulanmışdır.

Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olmuş, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçirmişlər.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunmuşlar.

Ən son xəbərlər

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər açılır

Bir qrup mədəniyyət xadiminə Prezidentinin fərdi təqaüdü veriləcək

İncəsənət xadimlərinə Prezident mükafatları təyin olunub - SİYAHI

Vətən müharibəsində şəhid olan hərbçimiz sabah Daşkəsəndə dəfn olunacaq

İş axtaran şəhid ailəsi üzvlərinə üstünlük verilməsinə dair prosedur qüvvəyə minib

Türkiyə Ordusu İraqda terrorçulara məxsus mağaranı məhv edib

Qərb KİV-lərinin qərəzli mövqeyinin ifşası: Prezidentin müsahibəsi trendə çevrilib

Bakıda küçələrin birinə Polad Həşimovun adı verildi

Azərbaycan Prezidentinin Vətən müharibəsi zamanı BBC-yə müsahibəsi 3 milyon baxışı keçib - VİDEO

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - VİDEO

Azərbaycanda həbsdə olan polkovnik azadlığa buraxıldı - FOTO

Xalq şairi Musa Yaqub vəfat edib

“Ağıllı şəhər” konsepsiyasının təhlükəsi açıqlandı

Atəşkəsdən sonra Azərbaycanın Ermənistana qaytardığı əsirlərin sayı açıqlanıb

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi oldu

Azərbaycan XİN Fransa və Kanadaya xəbərdarlıq edib

Çempionlar Liqasının finalçılarına vəd olunan mükafatlar bəlli olub

BŞİH mayın 8-i və 16-da bağçaların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

ABŞ və Türkiyə F-35 məsələsinin həlli ilə bağlı dialoqa başlayır