Bakı
16° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8829 AZN

İrlandiyalı stüardessanın həyatı film olur

İrlandiyalı stüardessanın həyatı film olur

“Titanik”, “Olimpik” və “Britannis” gəmilərində sərnişin olan irlandiyalı stüardessa Violet Cezzop hər üç qəzadan sağ qurtulmağı bacarıb.

"Antenn.az" "Axşam.az"-a istinadla xəbər verir ki, ilk dəfə 1911-ci ildə “Olimpik”  “HMS Havk” adlı müharibə gəmisi ilə toqquşdu. “Olimpik”in batmasının qarşısı alındı. 
Violet bu qəzadan sağ qurtuldu.

İkinci dəfə “Titanik”ə göndərilən Violet tarixin ən böyük gəmi qəzasından da canını qurtardı.

O, üçüncü dəfə Birinci Dünya Müharibəsində xəstəxana kimi istifadə edilən “Britannis”dən sağ çıxıb.

Qəzalara baxmayaraq, öz işinə davam edib və 60 yaşında gəmilərdən ayrılıb. 83 yaşında isə ürək çatışmazlığından vəfat edib.

Onun qeyri-adi həyatı barədə yaxın aylarda filmin çəkilişlərinə start veriləcək. Hələlik isə Violet obrazını kimin canlandıracağı bəlli deyil.