Bakı
24° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8859 AZN

Bu ölkədə göyərçin yemləyənlər cərimə ediləcək

Bu ölkədə göyərçin yemləyənlər cərimə ediləcək

Rusiyanın Maqadan şəhərində göyərçinləri yemləyənlər 2,5 mindən 5 min rubladək cərimə ediləcəklər.

“Antenn.az" "Oxu.az"-a istinadla xəbər verir ki, Maqadan meriyasının əməkdaşları bununla bağlı şəhərin müxtəlif rayonlarında xəbərdarlıq lövhələri quraşdıracaqlar.

Şəhər İcra Hakimiyyəti hesab edir ki, quşlar tullantıların yayılmasına kömək edir, göyərçin peyini isə bələdiyyənin quraşdırdığı bədii obyektləri korlayır.

Maqadanlılar meriyanın bu addımını birmənalı qarşılamayıblar.