Bakı
30° Buludlu
Sağlam saat
İndi Efirdə 16:05 - 17:00 Azər Bəy `in təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9248 AZN

Rembrandtın ən məşhur əsərinin restavrasiyası ictimaiyyət üçün açıq aparılır

Rembrandtın ən məşhur əsərinin restavrasiyası ictimaiyyət üçün açıq aparılır

Amsterdam muzeyində dahi Rembrandtın “Gecə gözətçisi” tablosunun restavrasiya işləri ictimaiyyət üçün açıq aparılır. Muzey şəhər sakinlərini və qonaqları bu prosesi müşahidə etməyə dəvət edib.

"Antenn.az" "AZƏRTAC"-a  istinadla xəbər verir ki, Rembrandtın 1642-ci ildə yaratdığı bu şedevr muzeyin xüsusi şüşəli otağında saxlanılır və restavrasiya işləri onu görmək istəyənlər üçün gözəl bir fürsətdir. Bundan başqa, dahi rəssamın yaradıcılığının pərəstişkarları bərpa prosesini onlayn rejimində də izləyə bilərlər.

“Gecə gözətçisi” tablosu 40 il əvvəl, onun muzeydə bıçaqla kəsilməsindən sonra bərpa olunmuşdu. Həmin vaxt əlində bıçaq olan şəxs muzeyin mühafizə xidmətinin gözündən yayınaraq rəsm əsərini kəsmiş və bunu “ilahi üçün etdiyini” bağırmışdı. Tabloya qarşı hücumlar 1911-ci və 1975-ci illərdə də olub. Sonuncu dəfə onun üzərinə rəng dolu sprey sıxılmışdı. “Gecə gözətçisi” rəssamın ən iddialı tablosu sayılır. O, Amsterdamın mülki qvardiyasının lideri Frans Bannink Kokq tərəfindən sifariş edilib. Tablonun hündürlüyü 4 metr, eni isə 4,5 metrdir. Amsterdam muzeyi rəsm əsərinin restavrasiyasına bir neçə milyon avro vəsait ayırıb və onun beş əsr əvvəlki keyfiyyətinin bərpa olunacağına ümid edir. Bunu təmin etmək məqsədilə mütəxəssislər müasir texnologiyanın ən son nailiyyətlərindən istifadə edirlər.

Muzeyin direktoru Tako Dibbits bildirib ki, rəsm əsərinin bərpasının ictimaiyyətə açıq aparılması ideyası onun bütün bəşəriyyətə məxsus olması ilə əlaqədardır. “Düşünürəm ki, iki milyondan çox adam hər il bu məşhur tablonu görməyə gəlir. Rembrandtın əsərləri Niderland və bütün dünyada yaşayan insanların ortaq mədəni sərvətidir”, -deyə Dibbits vurğulayıb.

Ən son xəbərlər

Çavuşoğlu: “Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik”

Dövlət başçısı: “Bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb”

Azərbaycan Prezidenti: "Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır"

Polad Bülbüloğlu: “Genişmiqyaslı müharibə başlaya bilər”

XİN məlumat yayıb

Azərbaycan Ordusunun şəhid olan əsgəri İsmayıllıda dəfn edilib

Şəhid olan hərbçi Vüqar Sadıqovla Ağstafada vida mərasimi keçirilir – FOTO

Finlandiya 20 Avropa ölkəsi ilə sərhədlərini açır

Hərbi xidmətdən qayıdan oğlullarına yığıncaq keçirən atalar cərimələndi

MN: Azərbaycan Ordusunun baş leytenantı şəhid olub

Türkiyə XİN: “Ermənistanın Azərbaycan sərhədinə silahlı hücumlarını şiddətlə qınayırıq”

Düşmən hücumunun qarşısını alarkən 3 hərbçimiz şəhid olub

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyası keçiriləcək

Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verilib

526 nəfər COVID-19-a yoluxub, 502 nəfər sağalıb

“Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək”

İmtahan protokollarının və cavab vərəqlərinin emalına iyulun 13-dən başlanılacaq

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək

Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı

Səmanın ən dolğun rentgen xəritəsi yaradılıb

Dövlət qurumlarının icazədən istifadə edərək istirahətə gedən işçiləri cəzalandırıldı