Bakı
11° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0332 AZN

İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq

İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq

Baş nazir Əli Əsədov “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. 

Qərara edlən dəyişiklikdə qeyd olunub ki, bu Qayda “Məşğulluq haqqında” qanuna əsasən hazırlanıb, işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığının təşkili qaydasını müəyyən edir. 

İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri” tərəfindən cəlb edilirlər. 

Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən cəlb olunmuş işaxtaran vəvə işsiz şəxslərin peşə hazırlığı Agentlik tərəfindən təşkil olunur.

Agentlik əmək bazarının işçi qüvvəsinə ehtiyacları üzrə proqnozlara uyğun olaraq hər il üçün peşə və ixtisaslar üzrə istiqamətləri, cəlb ediləcək şəxslərin sayını müəyyən edir. 

Dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən əlavə təhsili həyata keçirən müəssisələr (universitetlər, institutlar, mərkəzlər və s.) peşə hazırlığını həyata keçirə biləcəkləri ixtisası (ixtisasları) göstərməklə, peşə hazırlığının həmin müəssisədə təşkili barədə Agentliyə müraciət edirlər.

Agentlik peşə hazırlığının nəzəri və praktiki hissələrini, məzmununu, müraciət etmiş müəssisələrin maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, müdavimlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini, onların gələcək məşğulluq imkanlarını nəzərə alaraq peşə hazırlığını həyata keçirəcək müəssisələri seçir. 

“Təhsil haqqında” qanuna və “Peşə təhsili haqqında” qanuna uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə təşkil edilir. 

Bu Qaydaya uyğun olaraq müəyyən edilmiş peşə və ixtisaslar üzrə ixtisaslı kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə təşkil edilən peşə hazırlığı üzrə məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla aparılır. 

Peşə hazırlığının nəzəri hissəsi əyani və ya distant (məsafədən) formada aşağıdakı təlim modulları üzrə həyata keçirilir: 

- peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim; 

- ixtisas sahələri üzrə təlim; 

- innovasiyalar üzrə təlim. 

Peşə hazırlığının praktiki hissəsində məşğələlər yarımqruplarda aparılır və peşə hazırlığına cəlb edilmiş müdavimlər peşəhazırlığını həyata keçirən müəssisələrin təlim-istehsalat, təsərrüfat sahələrində, o cümlədən işəgötürənlərin istehsalat bazasında istehsalat təlimi və təcrübəsi keçirlər. 

Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir. 

- İşaxtaran və işsiz şəxslərin peşə hazırlığı imtahan verməklə başa çatır. Müdavimlərin biliyini peşə hazırlığını həyata keçirən müəssisə tərəfindən təşkil edilmiş imtahan komissiyasıqiymətləndirir və üç nüsxədən ibarət protokol tərtib edir. Protokolun bir nüsxəsi müdavimə, bir nüsxəsi Mərkəzə verilir, bir nüsxəsi isə peşə hazırlığını həyata keçirən müəssisədə qalır. 

- Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə əlavə təhsilin məzmununa uyğun olaraq peşə hazırlığını həyata keçirən müəssisə tərəfindən möhürlə təsdiq edilmiş diplom, sertifikat və digər sənəd verilir. 

- Peşə hazırlığının təşkili zamanı “Məşğulluq haqqında” qanunda nəzərdə tutulan şəxslər üstün hüquqa malikdirlər. 

- Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının “Məşğulluq haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Ən son xəbərlər

Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər cəzalandırılacaq - RƏSMİ

Kreml: Putin-Bayden görüşü ABŞ-ın gələcək addımları nəzərə alınmaqla mümkün olacaq

Paşinyan Qarabağda öldürülən erməni hərbçilərinin sayını açıqladı

Hərbi Qənimətlər Parkına giriş üçün biletin qiyməti açıqlanıb

DSX-nin yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb

Avropanın kəllə muzeyləri - FOTO

Gəncə və Odessa qardaşlaşır

Azərbaycan-Belarus sənədləri imzalanıb

BNA Hərbi Qənimətlər Parkına gedən marşrutları açıqlayıb

Daha 30 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

"TURKUAZ" layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ukraynalı nazir Gəncədə Ermənistanın raket hücumuna məruz qalmış ərazilərlə tanış olub - FOTO

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Kiyevdə sərt karantin rejimi uzadıldı

Putinə COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub

Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək

İtaliya parlamentinin üzvləri Gəncəyə səfər edib