Bakı
23° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8873 AZN

Alimlər: Buz dövrü iki nəhəng asteroidin toqquşması nəticəsində başlayıb

Alimlər: Buz dövrü iki nəhəng asteroidin toqquşması nəticəsində başlayıb

Aparılan tədqiqatlar nəticəsində geoloqlar müəyyən ediblər ki, Buz dövrü təxminən 466 milyon il bundan əvvəl Mars və Yupiterin orbitləri arasında iki nəhəng asteroidin toqquşması nəticəsində başlayıb. Belə ki, onların parçalarının bütün Günəş sisteminə yayılması Yer kürəsinin tarixində ən güclü buzlaşmaya səbəb olub.

Tədqiqatın müəlliflərindən biri, ABŞ-ın Çikaqo Universitetinin professoru Filip Hek bununla bağlı deyib: “Biz hesab edirik ki, ən azı iki milyon il ərzində Yer kürəsinə böyük miqdarda kosmik toz düşüb. Onlar iqlimin soyumasına səbəb olub və Buz dövrünün başlanmasına gətirib çıxarıb”.

Alimlər müəyyən ediblər ki, Yer kürəsinin tarixində canlıların nəslinin kəsilməsi üzrə altı ən böyük hadisə baş verib. Onlardan sonuncusu 65,5 milyon il əvvəl – dinozavrlarının, habelə bütün iri quru və dəniz canlılarının məhv olması zamanı olub. Bu qəbildən ikinci ən böyük hadisə - Ordovik adlanan nəsil kəsilməsi prosesi 443 milyon ilə əvvələ aiddir. Həmin vaxt quruda yaşayan canlıların 85 faizinin, suda yaşayan onurğasızların isə 60 faizinin nəsli kəsilib.

Geoloqlar hələ uzun müddət öncə müəyyən ediblər ki, bu proseslər Yerin atmosferində karbon qazının konsentrasiyasının kəskin şəkildə azalması ilə əlaqədar olub. Məhz bundan sonra buzlaşma dövrü başlayıb. Nəticədə planetin okeanları ekvatora qədər olan ərazidə donub, onun qütbləri isə həmin dövrə aid süxurlarda indiyədək qalan qalın buz təbəqələri ilə örtülüb.

Professor Hek və həmkarları gözlənilmədən bu kataklizmin daha bir səbəbini aşkar ediblər. Qazıntılar göstərib ki, buzlaşmanın əsas səbəbi Mars və Yupiter arasındakı atmosferdə toqquşan nəhəng asteroidlər olub. Əvvəlcə alimləri buzlaşmanın özü deyil, Böyük Ordovik radiasiyası adlanan şüalanma maraqlandırıb. Geoloqlar və paleontoloqların tədqiqat mövzusu 20-30 milyon il əvvəl həmin buzlaşma nəticəsində okeanlarda dəniz onurğasızlarının kəskin artması olub. Həmin dövrdə İsveçin cənubunda formalaşmış süxuru tədqiq edən alimlər qeyri-adi halla rastlaşıblar. Həmin süxurların tərkibində rekord miqdarda kosmos mənşəli toz aşkar olunub. Onların həcmi digər geoloji dövrlər üçün əhəmiyyətli olan konsentrasiyalardan on dəfələrlə çox olub. Bundan başqa, bütün bu hissəciklərin kimyəvi tərkibi L-xondritlər adlanan maddələrin tərkibi ilə eyni olub. Bu maddələr isə 500 milyon il əvvəl iri və kiçik hissələrə parçalanan, diametri 100 kilometrdən artıq olan daş meteoritlərdə rast gəlinir. Alimlər hesab edirlər ki, bu bənzərlik heç də təsadüfi deyil. Tamamilə mümkündür ki, iki nəhəng göy cisminin toqquşmasından sonra Yerin üzərində tərkibində L-xondritlər olan böyük toz buludu yaranıb. Onun hissəcikləri iki milyon il ərzində davamlı olaraq Yerin səthinə düşüb və Günəş şüalarının qarşısını kəsərək planetimizin soyumasına səbəb olub.

Geoloqlar bu nəzəriyyəni təsdiq etmək məqsədilə Böyük Ordovik laylarında kimyəvi hissəcikləri kosmik mənşəli analoqları ilə müqayisə edib, həmçinin onlarda helium izotopunun miqdarını da ölçüblər. Onlar bununla Yerin səthinə düşən kosmik tozların həcmini də müəyyənləşdiriblər. Bütün bu eksperimentlər alimlərin fərziyyələrini təsdiq edib. Məlum olub ki, 470 milyon il əvvəl parçalanmış asteroidin hissəcikləri Yerin süxurlarında artmağa başlayıb. Məhz həmin vaxt Böyük buzlaşma dövrü – Ordovik radiasiyası baş verib. Eyni zamanda, süxurlarda heliumun konsentrasiyası da kəskin şəkildə artıb. Həmin dövrdə dənizlərin səviyyəsi də aşağı düşüb ki, bu da kəskin soyumanın nəticəsi olub.

Alimlərin qənaətinə görə, bütün bunlar sübut edir ki, Yer kürəsində gedən buzlaşma və canlıların nəslinin kəsilməsi prosesləri məhz kosmosda baş verən kataklizmlərin nəticəsi olub.

Ən son xəbərlər

Açıq havada idman yarışlarına icazə verildi

Bu gündən aradan qaldırılan məhdudiyyətlər - SİYAHI

Bu gündən aradan qaldırılan məhdudiyyətlər - SİYAHI

İri ticarət mərkəzləri və "Mall"lar açıldı

Restoran, kafe, çay evi və bütün ictimai iaşə məkanları müştərilərə saat 08:00-dan 22:00-dək xidmət göstərəcək

Avtobus və taksilərə maskasız daxil olmaq qadağan olunub

Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb

Bu dərman vasitələri yerli mal hesab ediləcək

Baş Prokurorluq Bakıda gözəllik salonunda törədilən qətllə bağlı məlumat yayıb

Bakıda 300-dən artıq əsas küçə, prospekt və yol dezinfeksiya olunacaq

İyunun 1-dən müəllimlərin yerdəyişməsi üzrə elektron sənəd qəbulu başlayır

Muradla Handenin iyulda toyudur

Bred Pittin baxımsız halı bəyənilmədi

BMT-nin yüzə yaxın sülhməramlısı koronavirusa yoluxub

Tramp "Twitter"in bağlanacağını güman edir

XVIII əsrə aid konyak 146 min ABŞ dollarına satıldı - FOTO

Azərbaycanın Britaniyadakı səfiri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bağlı məqaləyə cavab verib

"Klon"un qəhrəmanları 20 il sonra -

Bakı əhalisinin sayı açıqlanıb

Azərbaycan dövlət himni Ukrayna dilində ifa edildi - Video

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib