Bakı
20° Aydın hava
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8748 AZN

Sabah 34 dərəcə isti olacaq

Sabah 34 dərəcə isti olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.