Bakı
11°
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8906 AZN

Bolton Trampın xarici siyasətini tənqid etdi

Bolton Trampın xarici siyasətini tənqid etdi

ABŞ Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə keçmiş müşaviri Con Bolton Nyu-Yorkda qapalı keçirilən tədbirlərin birində Amerika liderinin yürütdüyü xarici siyasəti kəskin şəkildə tənqid edib. 

Onun sözlərinə görə, Prezident Donald Trampın “Taliban” radikal hərəkatının liderlərini Kemp-Deviddə yerləşən iqamətgahına dəvət etməsi “dəhşətli siqnal”dır.

Eks-müşavir bu addımı 11 sentyabr hücumunun qurbanlarına hörmətsizlik adlandırıb.

O, həmçinin, Şimali Koreya və İranla danışıq ideyasını tənqid edib. Bolton hesab edir ki, Tehran və Phenyanın məqsədi ABŞ-ın bu ölkələrə tətbiq etdiyi sanksiyaları yumşaltmaqdır.