Bakı
25° Buludlu
Non-Stop music
İndi Efirdə 10:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9069 AZN

Tərcüməçi funksiyasına malik “ağıllı maus” hazırlanıb

Tərcüməçi funksiyasına malik “ağıllı maus” hazırlanıb

"Antenn.az" "İctnews"-a istinadən xəbər verir ki, “Lenovo” şirkəti real vaxt rejimində səsli daxiletməni və bir dildən başqa dilə tərcüməni dəstəkləyən yeni “maus” təqdim edib.
 
Sözügedən “maus”un qiyməti təxminən 43 dollardır. “Lenovo” şirkətinin “ağıllı” “maus”u Çinin “Keda Xunfei” startapının həlli olan danışığın tanınması texnologiyasından istifadə edir. Nəticədə “maus” səsli daxiletməni dəstəkləyir və danışığı bir dildən başqa dilə tərcümə edir. Hələ ki səs interfeysi yalnız  Çinin müxtəlif dialektlərini və ingilis dilini dəstəkləyir. Sözügedən qurğu danışığı fransız, yapon, alman və başqa 26 dilə tərcümə edə bilər.
 
“Maus”dan istifadə zamanı onun alqoritmləri özü öyrənir, buna görə danışığın tanınması dəqiqliyi daha da yüksəlir.