Bakı
23° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8873 AZN

Azərbaycanda yeni dərs ili başlayıb

Azərbaycanda yeni dərs ili başlayıb

Azərbaycanda 2019/2020-ci tədris ili başlayıb. 

Sentyabrın 16-da ölkənin bütün orta və ali məktəblərində dərslərə start verilib. 

Ümumtəhsil müəssisələrində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub. 

Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunlar iştirak edirlər. 

Ümumiyyətlə, yeni tədris ilində ümumitəhsil müəssisələrində 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird təhsil alacaq. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində isə ümumilikdə, 414 844 şagird təhsil alacaq. IX sinifdə 32 315, X sinifdə 22 795, XI sinifdə 18 896, XII sinifdə isə 198 şagird oxuyacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur. Bu ilki Bilik Günü bazar gününə təsadüf etdiyindən 2019/2020-ci tədris ili sentyabrın 16-da başlayır.

Ən son xəbərlər

Açıq havada idman yarışlarına icazə verildi

Bu gündən aradan qaldırılan məhdudiyyətlər - SİYAHI

Bu gündən aradan qaldırılan məhdudiyyətlər - SİYAHI

İri ticarət mərkəzləri və "Mall"lar açıldı

Restoran, kafe, çay evi və bütün ictimai iaşə məkanları müştərilərə saat 08:00-dan 22:00-dək xidmət göstərəcək

Avtobus və taksilərə maskasız daxil olmaq qadağan olunub

Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb

Bu dərman vasitələri yerli mal hesab ediləcək

Baş Prokurorluq Bakıda gözəllik salonunda törədilən qətllə bağlı məlumat yayıb

Bakıda 300-dən artıq əsas küçə, prospekt və yol dezinfeksiya olunacaq

İyunun 1-dən müəllimlərin yerdəyişməsi üzrə elektron sənəd qəbulu başlayır

Muradla Handenin iyulda toyudur

Bred Pittin baxımsız halı bəyənilmədi

BMT-nin yüzə yaxın sülhməramlısı koronavirusa yoluxub

Tramp "Twitter"in bağlanacağını güman edir

XVIII əsrə aid konyak 146 min ABŞ dollarına satıldı - FOTO

Azərbaycanın Britaniyadakı səfiri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bağlı məqaləyə cavab verib

"Klon"un qəhrəmanları 20 il sonra -

Bakı əhalisinin sayı açıqlanıb

Azərbaycan dövlət himni Ukrayna dilində ifa edildi - Video

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib