Bakı
11°
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8906 AZN

“Fransa bizsiz İrana kredit verə bilməz”

“Fransa bizsiz İrana kredit verə bilməz”

Fransa ABŞ-ın icazəsi olmadan İrana 15 milyard dollar kredit verə bilməz.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin deyib.

“Biz İrana qarşı maksimal təzyiq kampaniyası aparırıq. Fransa anlayır ki, o, bizim icazəmiz olmadan İrana 15 milyard dollar kredit verə bilməz”, – deyə o bildirib.

Qeyd edək ki, İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi nüvə sazişinə sadiq qalan Avropa ölkələrini ya İrana neft satışına imkan yaratmağa, ya da 15 milyard kredit ayırmağa səsləmişdi.