Bakı
11°
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8906 AZN

Əhməd Davudoğlu AKP-dən istefa verib

Əhməd Davudoğlu AKP-dən istefa verib

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.

 O, sentyabrın 13-də keçirdiyi mətbuat konfransında AKP-dən çıxmaqla bağlı qərarını açıqlayıb.

Ə.Daudoğlu AKP üzvülüyündən çıxarılacaqlarını təsəvvür etmədiklərini bildirib: “Bizim üçün partiya sıralarından çıxarılma tarixi 2019-cu il sentyabrın 2-dən, AKP-nin qurulması prinsiplərindən imtina etdiyi gündən sayılır. Azsaylı kadrların nəzarətində olan AKP-nin ölkəmizin problemlərini həll etmək imkanı yoxdur”.

“Demokratik nizam qurmaq istəyirk” deyən Ə.Davudoğlu yeni siyasi hərakat yaratdıqlarını bildirib: “Bu gündən etibarən yeni bir siyasi hərəkat qurmaq bizim üçün tarixi məsuliyyətdir. Bu çərçivədə siyasi görüşündən asılı olmayaraq, məsuliyyət hissə edən hər kəsi bilikdə fəaliyyət göstərməyə dəvət edirəm”.