Bakı
11°
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8906 AZN

Lavrov Suriyada müharibənin başa çatdığını deyib

Lavrov Suriyada müharibənin başa çatdığını deyib

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyadakı müharibənin "həqiqətən başa çatdığını" söyləyib.

 O, bunu "Trud" qəzetinə müsahibəsində deyib.

"Ölkə getdikcə normal, dinc həyata qayıdır. Ayrı-ayrı gərginlik ocaqları yalnız Suriya hökumətinin İdlib və Fərat çayının şərq sahili kimi nəzarətində olmayan ərazilərdə qalır", - deyə o bildirib.

Nazirin sözlərinə görə, belə şəraitdə Suriyaya humanitar yardım göstərmək və "bu ölkədə, bütövlükdə Yaxın Şərq regionunda etibarlı və uzunmüddətli sabitliyə nail olmaq naminə böhranın həlli üçün siyasi prosesin irəliləməsi" vəzifələri ön plana çıxır.