Bakı
25° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Cavidin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9069 AZN

Bu gündən müəllimlərin imtahanı başlayır

Bu gündən müəllimlərin imtahanı başlayır

"Antenn.az" xəbər verir ki, iyulun 8-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilib.  Müəllimi olmaq istəyən 2792 namizəd iştirak edəcək. İmtahanlar iyulun 24-dək davam edəcək.

Xatırladaq ki, alman dili və tarix üzrə 8 iyul, fizika, fransız dili və musiqi üzrə 9 iyul, informatika və rus dili üzrə 10 iyul, ingilis dili üzrə 11-12 iyul, biologiya üzrə 12-13 iyul, coğrafiya üzrə 13 iyul, ibtidai sinif üzrə 15-18 iyul, təsviri incəsənət üzrə 18 iyul, fiziki tərbiyə üzrə 18-19 iyul, riyaziyyat üzrə 19-22 iyul, texnologiya üzrə 22 iyul, kimya üzrə 22-23 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 23-24 iyul, Azərbaycan dili, rus dili və ədəbiyyatı üzrə 23 iyul tarixlərində test imtahanları keçiriləcək.