Bakı
3° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8868 AZN

Həsən Ruhani: İqtisadi sanksiyaların hökm sürdüyü bir şəraitdə ABŞ ilə danışıqlar aparmaq mənasızdır

Həsən Ruhani: İqtisadi sanksiyaların hökm sürdüyü bir şəraitdə ABŞ ilə danışıqlar aparmaq mənasızdır

İqtisadi sanksiyaların hökm sürdüyü bir şəraitdə ABŞ ilə danışıqlar aparmaq mənasızdır.

 Bu sözləri İranın Prezidenti Həsən Ruhani fransalı həmkarı Emmanuel Makron ilə telefon söhbətində deyib. O bildirib ki, ABŞ nüvə sazişini pozub, sazişdən birtərəfli qaydada çıxıb və öhdəlikləri yerinə yetirməyib. Həsən Ruhani Avropanın da saziş üzrə öhdəlikləri yerinə yetirmədiyini vurğulayıb.

Söhbət zamanı İran Prezidenti qeyd edib ki, əgər Avropa öz öhdəliklərini yerinə yetirsə, İran saziş üzrə nüvə proqramını məhdudlaşdıra bilər.

Xatırladaq ki, sentyabrın 9-da Prezident Donald Tramp İran Prezidenti ilə görüşmək istədiyini bildirmişdi.

Hər iki prezidentin görüşü sentyabrın 17-də Nyu-Yorkda başlayacaq BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tuta bilər. Donald Tramp və Həsən Ruhani bu tədbirdə iştirak edəcəklərini də bəyan ediblər.