Bakı
12° Buludlu
Radio Birja
İndi Efirdə 14:05 - 15:00 Rəfailin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8595 AZN

Donald Tramp Həsən Ruhani ilə görüşmək istədiyini bir daha bəyan edib

Donald Tramp Həsən Ruhani ilə görüşmək istədiyini bir daha bəyan edib

ABŞ Prezidenti Donald Tramp bir daha İran Prezidenti Həsən Ruhani ilə görüşmək istədiyini bildirib.

Ötən gün Ağ evin qarşısında jurnalistlərin suallarını cavablandıran D.Tramp bəyan edib ki, Prezident H.Ruhani ilə görüşməsi üçün heç bir problem yoxdur.

Bundan əvvəl D.Trampın özü və dövlət katibi Maykl Pompeo bildirmişdilər ki, rəsmi Vaşinqton İran ilə yenidən danışıqlara başlamaq niyyətindədir. Dövlət katibi ABC News kanalına müsahibəsində demişdir ki, Prezident D.Tramp Həsən Ruhani ilə görüşmək istəyir.

Maraqlı məqam ondan ibarətdir ki, dünən D.Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri və İrana qarşı saksiyalar siyasətinin müəllifi Con Boltonu istefaya göndərdikdən sonra H.Ruhani ilə görüşmək istədiyini bildirib.

İran mətbuatı qeyd edir ki, ABŞ Prezidenti sanksiyaların əks səmərə verdiyini başa düşərək C.Boltonu istefaya göndərib və İrana qarşı xoş məramlı addım ataraq danışıqlara başlamaq niyyətini ortaya qoyub.

Rəsmi Tehran ABŞ Prezidentinin bəyanatına münasibət bildirməyib. Lakin İranın BMT yanındakı daimi nümayəndəsi Məcid Təxti Rəvanç bildirib ki, rəsmi Tehran ağır sanksiyalar şəraitində danışıqlar aparmayacaq.

Xatırladaq ki, sentyabrın 17-dən 26-na kimi Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası keçiriləcək. İranın Prezident administrasiyasından bildiriblər ki, Prezident Həsən Ruhani bu toplantıya qatılmaq üçün Nyu-Yorka gedəcək.

Ən son xəbərlər

"Bətnimdə insan böyütmək məndə heyranlıq doğurur"

İranda 4232 nəfər koronavirusdan ölüb

Ərdoğan: “Türk Şurası epidemiyadan sonrakı dövrə hazırlaşmalıdır"

Türk Şurasının Zirvə görüşü başladı

Rusiyada koronavirusa yoluxanların sayı 12 minə çatır

Koronavirusa görə işsiz qalan Ebrudan komandasına jest

Kənan və Sinəmdən örnək davranış

Hökumət tibbi maskaların qiymətinin 30 qəpikdən yuxarı olmaması üçün subsidiya mexanizmi tətbiq edib

Nazirlik: 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb

Boşana bilməsələr də, razılaşdılar

Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya çatıb, 9 nəfər ölüb, 101 nəfər sağalıb

Prezident koronavirusla mübarizə üçün tibbi avadanlıq və vasitələrin alınmasına 97 milyon manat ayırıb

UEFA rəsmisi: "Hansısa şəhər imtina etsə, oyunlar yenidən bölüşdürüləcək"

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

Baş Nazir: “Neftin qiymətinin düşməsinin mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir”

Nazir: "Bu gündən 190 manatın verilməsinə başlanılacaq"

İlk dəfə 4-cü uşağının üzünü göstərdi

Aİ COVID-19-la mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib

Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa vəziyyət pisləşəcək

Azərbaycanda 822 nəfər koronavirusa yoluxub