Bakı
26° Aydın hava
Bizon Time
İndi Efirdə 16:05 - 17:00 Rəfailin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9837 AZN

Bakı DYP ilk dərs günü ilə bağlı valideynlərə müraciət etdi

Bakı DYP ilk dərs günü ilə bağlı valideynlərə müraciət etdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə bağlı valideynlərə müraciət edib.

İdarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov  açıqlamasında valideynləri ilk dərs günü ilə bağlı diqqətli olmağa çağırıb:

"Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək. Təhsil müəssisələri, onlara bitişik küçə və yollar nəzarətə götürülməklə xidmət davam etdiriləcək. Hərəkətin sıxlığını nəzərə alaraq, valideynlər təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkət edərkən yolların hərəkət hissəsində dayanıb məktəblilərin düşürüb mindirilməsinə diqqət yetirsinlər. Niyə diqqət yetirsinlər? Bir istiqamətli iki hərəkət zolağı olan avtomobil yolunda təxminən 30 saniyə dayanmaq eyni istiqamət üzrə hərəkətdə olan 60-a yaxın nəqliyyat vasitəsinin sürücüsünün təxminən 7-10 dəqiqə ləngiməsi deməkdir. Ona görə də avtomobil sürücüləri və sahibləri təhsil müəssisələri istiqamətində hərəkət edərkən diqqətli olmalı və başqa hərəkət iştirakçılarını da düşünməlidir. Ən azından avtomobili olmayan və ictimai nəqliyyat vasitələri ilə hərəkət edən sərnişinlərin də məktəb istiqamətində və yaxud işə ləngiməmələri üçün bu tələblər mütləq yerinə yetirilməlidir".

Ən son xəbərlər

Azərbaycanda 101 yeni yoluxma faktı qeydə alınıb

10 ölkə COVID-19-un ikinci dalğasının başladığını elan edib

İlham Əliyev: "Əgər ermənilər bizə hücum etsələr, peşman olacaqlar"

Moskvada koronavirusla bağlı məhdudiyyətlər bərpa oluna bilər

Tank bölmələri artilleriya ilə qarşılıqlı fəaliyyətdə təlim-döyüş tapşırıqlarını icra edirlər - FOTO

Ali məktəblərə qeydiyyat başlayıb

Prezident: “İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”

Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı məlum olub

Son sutkada 162 nəfər COVID-19-a yoluxub

İsrail karantini sərtləşdirir

Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib

BNA: Orta məktəblərin ətrafında təhlükəsilzik tədbirləri görülür

XİN başçısı: “Gürcüstanla sərhədin delimitasiyasının üçdə ikisi başa çatdırılıb”

İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi

Avropa İttifaqı Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaqdan imtina etdi

Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşdü

Türkiyə Prezidenti NATO-nun Baş katibi ilə telefonla danışıb

Azərbaycanda 146 yeni yoluxma faktı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda - FOTO

Ramin Bayramlı: "Vaksinin kimlərə vurulması ilə bağlı strateji yol xəritəsi hazırlanır"

5 ölkə Lukaşenkonun andiçməsini TANIMADI