Bakı
7° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8924 AZN

AŞPA prezidenti Azərbaycana gələcək

AŞPA prezidenti Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye sentyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək.

O, Bakıda Milli Məclisin sədri və xarici işlər naziri ilə görüşəcək, parlamentin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin və Nizam-intizam komissiyasının, eləcə də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə fikir mübadiləsi aparacaq.

Bundan başqa, L.Mori Paskye sentyabrın 11-də Fransa-Azərbaycan Universitetində keçiriləcək, Avropa Şurasının 70 illiyinə həsr olunan “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” mövzsunda “dəyimir masa”da iştirak edəcək.