Bakı
24°
MAŞINDA
İndi Efirdə 12:00 - 14:00 Elgünün təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8825 AZN

Prezident Tramp taliblərlə sülh danışıqlarını “ölü danışıqlar” adlandırıb

Prezident Tramp taliblərlə sülh danışıqlarını “ölü danışıqlar” adlandırıb

Prezident Tramp ötən istirahət günlərində “Taliban” hərəkatının rəhbərləri ilə Kemp-Deviddə keçirilməsi nəzərdə tutulan gizli görüşü ləğv edəndən sonra Əfqanıstanda sülh danışıqlarını rəsmən “ölü danışıqlar” adlandırıb.

Əfqanıstanda avtomobilin partladılması nəticəsində ABŞ-ın bir hərbi qulluqçusunun və 11 nəfər yerli sakinin həlak olmasına görə məsuliyyəti taliblər öz üzərlərinə götürəndən sonra şənbə günü axşam Prezident Tramp taliblərin liderləri və ayrıca olaraq Əfqanıstan Prezidenti Əşrəf Qani ilə görüşü ləğv etdiyini bildirib.

Birləşmiş Ştatlar bir neçə ay ərzində sülh sazişinə nail olmaq barədə danışıqlar aparırdı. Bu danışıqlar ABŞ tarixində ən uzun müharibəyə - Əfqanıstanda 18 ildən bəri davam edən müharibəyə son qoya bilərdi. Prezident Tramp bəyan edib ki, taliblər danışıqlarda öz mövqelərini möhkəmlətmək üçün amerikalı hərbi qulluqçulara silahlı hücum ediblər, buna görə o, belə adamlarla danışıqlar aparmağa hazırlaşmır.

Taliblərlə danışıqlar məsələsinin artıq gündəmdən çıxmasına baxmayaraq, Əfqanıstan hökuməti ilə danışıqlar davam edir. Əfqanıstan hökuməti Prezident Trampın taliblərlə görüşü ləğv etmək qərarını alqışlayır, lakin, eyni zamanda, bildirir ki, bu, zorakılığın daha da artmasına səbəb ola bilər.