Bakı
7° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8924 AZN

ETSN: Böyük Qafqazın yüksək dağlıq ərazilərinə qarın yağması normal hidrometeoroloji haldır

ETSN: Böyük Qafqazın yüksək dağlıq ərazilərinə qarın yağması normal hidrometeoroloji haldır

Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qarın yağma ehtimalının olması barədə proqnoz verilmişdi və bu dövrdə həmin ərazilərə qarın yağması normal hidrometeoroloji haldır.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu il sentybar ayında Böyük Qafqazın yüksək dağlıq ərazilərinə qarın yağması ilk dəfə müşahidə edilmir. Sentyabrın 8-də gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərində - Şahdağa sulu qar yağıb:

“Biz sentyabrın 8, 9 və 10-da gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qarın yağma ehtimalının olması barədə proqnoz vermişdik. Qax və Şəki rayonlarının özünə isə qar yağmayıb. Həmin ərazilərə yağış yağıb, hazırda çiskinli hava şəraiti müşahidə edilir, temperatur 14-16 dərəcə təşkil edir”.