Bakı
28° Buludlu
Non-Stop music
İndi Efirdə 10:00 - 12:00 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Buraka livanlı fanatlar hücum etdi

Buraka livanlı fanatlar hücum etdi

Rumıniya və Qazaxıstanda sonra Livana gedən Türkiyənin məşhur aktyoru Burak Özçivit pərəstişkarlarının hücumuna məruz qalıb. "Antenn.az" “Qafqazinfo”-ya istinadla  xəbər verir ki, minlərlə fanatın aktyorun olduğu ticarət mərkəzinə gəlməsi izdihama səbəb olub.

O, tədbirin keçirildiyi məkana əsas girişdən girməyə çalışsa da, buna nail ola bilməyib.  Qarajdan mərkəzə daxil olan Burak yenə çətin anlar yaşayıb.  Pərəstişkarlarının arasında qalan Burak bir mağazanın deposuna aparılıb və iki saat orada qalıb. 

Daha sonra livanlı əsgərlərin müşayiəti ilə ərazidən uzaqlaşdırılıb.