Bakı
24°
MAŞINDA
İndi Efirdə 12:00 - 14:00 Elgünün təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8825 AZN

Putin təyyarədə hansı yeməkləri yeyir?

Putin təyyarədə hansı yeməkləri yeyir?

Rusiya Fedarasiyasının Prezidenti Vladimir Putinin təyyarəsinin komandiri Vladimir Fedoruşkin dövlət başçısının səfər zamanı necə qidalanmasından danışıb.

 Fedoruşkin NTV-də yayımlanan “Yeni rus sensasiyaları” adlı verilişdə Putinin yeməyinin əvvəlcədən hazırlandığını və bağlı konteynerlərdə təyyarəyə gətirildiyini deyib.

“İl-96 iki mərtəbəlidir. Mətbəx birinci mərtəbədədir. Stüardessa yeməyi hazırlayır və prezidentə gətirir”, – komandir bildirib.

Fedoruşkin Putinin heç də hər zaman yeməklərdən razı qalmadığını deyib:

“Elə olub ki, Vladimir Vladimiroviç deyib: “Yenə də bu yemək?!” O, daha çox dadlı və acılı yemək istəyir. Sevdiyi yeməklərdən acılı salat, acılı və mayanezli kələm supu, qoyun ətinin kababı, üzərinə tamat və acılı ədviyyatlar və kimi yemekləri sevir”, – deyə Fedoruşkin bildirib.