Bakı
24°
MAŞINDA
İndi Efirdə 12:00 - 14:00 Elgünün təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8825 AZN

Baham adalarında qasırğa qurbanlarının sayı 43 nəfərə çatıb

Baham adalarında qasırğa qurbanlarının sayı 43 nəfərə çatıb

Baham adalarında “Dorian” qasırğası nəticəsində həlak olanların sayı 43 nəfərə çatıb.

 Təbii fəlakət nəticəsində, həmçinin çox sayda insan itkin düşüb. Hakimiyyət ölənlərin sayının artacağını istisna etmir.

Qeyd edək ki, ən yüksək beşinci səviyyəyə qədər qalxan “Dorian” qasırğası sentyabrın 1-də Baham adalarını təsiri altına alıb. Təbii fəlakət Baham arxipelaqının şimalında yerləşən Abako adasına ciddi zərər vurub. Qırmızı Xaç Cəmiyyətinin məlumatına əsasən, burada 13 mindən çox evə zərər dəyib.

Qasırğa səbəbindən ABŞ-ın Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub. Cənubi Karolina və Corciya ştatlarında 220 min insan elektriksiz qalıb.