Bakı
24°
MAŞINDA
İndi Efirdə 12:00 - 14:00 Elgünün təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8825 AZN

Depressiyanın yaratdığı xəstəliklər

 Depressiyanın yaratdığı xəstəliklər

Cənubi Avstraliya Universitetinin nəzdində olan dəqiq sağlamlıq mərkəzinin alimləri depressiyanın 22 müxtəlif xəstəliyə səbəb olduğunu müəyyən ediblər.

Qeyd edildiyi kimi, depressiv pozğunluq ürəyin işemik xəstəliyi, astma, ezofagit, qastroenterit və sidik sisteminin pozğunluğuna səbəb olur. Mütəxəssislər belə bir nəticəyə genetik analizin (MR-Phevas-analiz)  köməyi ilə 337 536 nəfərin məlumatlarının öyrənilməsi zamanı gəliblər.

Depressiyanın nəticələrini azaltmaq üçün həkimlər qidalanmağa böyük diqqət ayırmağı və ümumiyyətlə sağlam həyat tərzinə riayət etməyi məsləhət görürlər.