Bakı
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8924 AZN

Boşandılar, məhkəmədən gülə-gülə çıxdılar

Boşandılar, məhkəmədən gülə-gülə çıxdılar

Ötən il Nyu-Yorkda nikah masasına oturan Burcu Esmersoy və Berk Suyabatmaz rəsmi boşanıb.

Cütlük 10 dəqiqə davam edən məhkəmə prosesindən gülə-gülə çıxıb.

Burcu avqustun 15-də boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Ərizədə cütlüyün fikirlərinin üst-üstə düşmədiyi, yola getmədikləri yazılıb. Hakim onlara dekabra qədər vaxt qoysa da, cütlük bunla razılaşmayıb.

Esmersoy və Suyabatmazın təkidi ilə boşanma prosesi tezləşdirilib. Onlar məhkəməyə vəkilləri ilə birlikdə gəliblər. Esmersoy hakimin “Boşanmaq istəyirsiz” sualına “Boşanmaq məsələsində razılığa gəldik. Mülk paylaşımı, maddi-mənəvi təzminat tələbimiz yoxdur” deyib.

Berk Suyabatmaz da “Boşandıqdan sonra da bir-birimizə qarşı dava açmayacağıq, maddi, ya da mənəvi tələbimiz yoxdur”- deyə, söyləyib.