Bakı
24°
MAŞINDA
İndi Efirdə 12:00 - 14:00 Elgünün təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8825 AZN

ABŞ nüvə sualtı qayığından 4 ballistik raket buraxıb

ABŞ nüvə sualtı qayığından 4 ballistik raket buraxıb

Amerika Birləşmiş Ştatları “Trident II D5” nüvə raketinin növbəti sınaqlarını keçirib.

 Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin saytında məlumat verilib.

Qeyd olunub ki, dörd silahsız nüvə raketi Ohayo tipli “Nebraska” (SSBN 739) nüvə sualtı qayığından buraxılıb. Təlimlər Cənubi Kaliforniya sahillərində baş tutub.

Sınağın ikisi sentyabrın 4-də, qalanları isə 6 sentyabr tarixində olub.

Bildirilib ki, manevrlər “dünyada baş verən hadisələrə reaksiya” olaraq deyil, strateji sistemlərin xüsusiyyətlərini qiymətləndirmək və yoxlamaq üçün aparılıb.