Bakı
24°
MAŞINDA
İndi Efirdə 12:00 - 14:00 Elgünün təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8825 AZN

Nəsrin Cavadzadə qalada məşhur aktrisanı özündən çıxardı

Nəsrin Cavadzadə qalada məşhur aktrisanı özündən çıxardı

"Aşk tesadüfleri sever 2" filminin aktyor heyəti arasında yer alan aktrisa Nəsrin Cavadzadə ekran işinin qala gecəsinə 2 saat gecikib.

 Ekran işinin yaradıcı heyəti çəkilişlərin bitməsini Beykoz Kundura fabrikində təşkil edilən parti ilə qeyd ediblər. bütün aktyorların və heyətin yer aldığı tədbirdə mətbuat konfransı da keçirilib.

Ancaq tədbir baş rol ifaçısı Nəsrinin 2 saat gec gəlməsinə görə gec də başlayıb. Gecədə ilk çıxış etməli olan rejissor Ömer Faruk Sorak Cavadzadəni tənqid edib.

Aktrisa Zuhal Olcay da Nəsrinə əsəbini gizlədə bilməyib. O, mətbuat konfransından çıxıb gedərək, ona reaksiya verib. Sənətçini qapıda tutan İpek Sorak Zuhaldan geri qayıdıb, jurnalistlərin suallarını cavablandırmasını xahiş edib. Olcay media nümayəndələri ilə 3 dəqiqə danışdıqdan sonra gecəni tərk edib.

Qeyd edək ki, filmin birinci hissəsi 2011-ci ildə çəkilib. Baş rollarını isə Mehmet Günsür və Belçim Bilgin oynayıb.