Bakı
7° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0661 AZN

Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı

Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı

Dünya Bankı (DB) Azərbaycanla 2015-ci ildə təsdiqlədikləri çərçivə tərəfdaşlıq proqramının (CPF) müddətini daha 1 il uzadıb.

 Bankın Bakı nümayəndəliyindən verilən məlumata görə, belə bir qərar 2015-2020-ci illəri əhatə edən proqramın orta müddətli təhlilinə əsasən verilib. Növbəti proqramın 2022-ci ildən başlayan müddəti əhatə edəcəyi bildirilir.

Hazırda Dünya Bankı tərəfindən 54 km-lik Səlyan – Biləsuvar avtomobil yolunun yenidən qurulmasını nəzərdə tutan “Regional bağlantılar və inkişlaf” (Regional connectivity and development) layihəsi üzrə hazırlıq işləri gedir. Lahiyənin hazırlanması aprel ayınadək başa çatdırılacaq.

Dünya Bankı qrupunun hazırda həyata keçirdiyi tərəfdaşlıq proqramının məqsədi dövlət məsrəflərini daha səmərəli hala gətirərək yeni artım proqramına keçmək istiqamətində ölkənin göstəricilərini təkmilləşdirmək, habelə xarici sarsıntılara qarşı daha dayanıqlı səviyyəyə çatdırmaq olub. Lakin ötən il başlayan koronavirus pandemiyası nəticəsində dünyada karbohidrogenlərə tələbatın kəskin azalması və müvafiq olaraq neft qiymətlərinin də xeyli azalması Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərib.

Bu gün Azərbaycan qarşısında əvvəlki iqtisadi artımını bərpa etməklə yanaşı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərilə bağlı da irimiqyaslı vəzifələr durduğu üçün Dünya Bankı və başqa beynəlxalq maliyə təsisatları ilə əməkdaşlıq əlaqələri əhəmiyyətini qoruyur.

Qeyd edək ki, Dünya Bankının üzvlüyünə qoşulduğu 1992-ci ildən bu yana Azərbaycan 50-dən artıq layihə üçün həmin qurumdan 3,5 milyard ABŞ dollarlıq kreditlər alıb. 2017-ci ildə DB ölkəmizə 400,25 milyon ABŞ dolları məbləğində kreditlər və qrantlar ayırıb. Üç il fasilədən sonra 2020-ci maliyə ilində (2019-cu ilin 1 iyulundan 2020-ci ilin 30 iyununadək) DB Azərbaycana kredit verməyi bərpa etdi. Belə ki, məşğulluğu dəstəkləyən, ədliyyə islahatlarını davam etdirən layihələr üçün 150 milyon ABŞ dolları həcmində kreditlər ayrılıb.

Ən son xəbərlər

İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların sayı açıqlanıb

Əcnəbi jurnalistlər “Zəfər yolu”nun çəkilişi ilə tanış olub

Mart ayının hava proqnozu açıqlanıb

Şoyqunun ermənistanlı həmkarı ilə telefon danışığı olub

Əfv Komissiyasının növbəti iclası keçirilib

“Israel Hayom” qəzeti: "Xocalıya ədalət tələb edirik"

Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI

Bakıda daha iki marşrutun hərəkət sxemi dəyişdirilir

İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq

Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

Hökumət sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması üçün işçi qruplar yaratdı

"Bakı Metropoliteni" müasir tipli vaqonların sayını 75-ə çatdırıb

Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb

Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir

Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

Haitidə həbsxanadan 200 məhbus qaçıb, 25 nəfər ölüb

Qubadlının Əfəndilər kəndinin görüntüləri

Yerevanda istefa tələb edənlər iki sutkadır çadırda gecələyir