Bakı
7° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0661 AZN

İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib

İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib

Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransı öz işinə başlayıb. Sayca 13-cü olan bu mötəbər tədbir Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumun mühüm tərkib hissələrindən biridir. Kənd təsərrüfatı nazirlərinin görüş platforması sayılan konfransda bu il Azərbaycan da daxil olmaqla 72 ölkədən nümayəndə qatılıb.

Nazirlikdən verilən xəbərə görə, konfrans Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumu “Pandemiya və iqlim dəyişikliyi dövründə dünyanın qidaya olan tələbatını necə ödəmək olar?” şüarı altında keçirilib. 13-cü Berlin Kənd Təsərrüfatı Nazirləri Konfransının “Gələcək pandemiyaların qarşısının alınması” virtual sessiyasında çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində COVİD-19 pandemiyasına qarşı qlobal mübarizə tədbirlərinə fəal şəkildə töhfə verir. İnam Kərimov əlavə edib ki, Azərbaycan höküməti pandemiyanın aqrar sahəyə və fermerlərin rifahına təsirini minimuma endirmək üçün operativ və lazımi tədbirlər görüb.  Nəticədə 2020-ci ildə kənd təsərrüfatında 2 faiz artım qeydə alınıb.

Konfransda pandemiya riskləri ilə mübarizə tədbirləri əsas müzakirə mövzusu olub. Qeyd olunub ki, pandemiyanın mənfi təsirlərinin və zoonoz xəstəliklərin qarşısının alınmasında erkən aşkarlama, düzgün qiymətləndirmə və təsirli mübarizə tədbirlərinin birləşdirilməsi mühüm amillərdən sayılır. Vurğulanıb ki, keyfiyyətli baytarlıq xidmətləri vasitəsilə heyvan sağlamlığının qorunması, müasir laboratoriyaların yaradılması, biotəhlükəsizlik qaydalarına riayət etməklə sağlam qida istehsalı zoonoz xəstəliklərin idarə edilməsi və gələcəkdə pandemiya risklərinin azaldılması üçün ən faydalı tədbirlərdəndir.

Tədbir iştirakçıları qlobal pandemiya dövründə rəqəmsal transformasiyanın əhəmiyyətli olduğunu diqqətə çatdırıblar. Milli kənd təsərrüfatı sisteminin rəqəmsallaşdırılması nəticəsində fermerlərə virtual xidmətlərin göstərilməsinin pandemiyanın yayılmasının qarşısını almaqda xüsusi rol oynadığı qeyd olunub. Konfrans iştirakçıları insan, heyvan və ətraf mühitin sağlamlığı naminə tədbirləri özündə birləşdirən “Bir Sağlamlıq Təşəbbüsü”nün tətbiqini yüksək qiymətləndirdiklərini bəyan ediblər. Məruzəçilər pandemiyaların qarşısının alınmasında regional və qlobal səviyyədə əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu xüsusi vurğulayıblar.   

Konfransın yekun bəyannaməsində 3 mühüm qlobal problemin kollektiv şəkildə həllinə kömək göstərmək barədə çağırışlar yer alıb. Bu çağırışlarda COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri, gələcək pandemiyaların qarşısının alınması və qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində birgə fəaliyyətin vacibliyi öz əksini tapıb.

 

Ən son xəbərlər

İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların sayı açıqlanıb

Əcnəbi jurnalistlər “Zəfər yolu”nun çəkilişi ilə tanış olub

Mart ayının hava proqnozu açıqlanıb

Şoyqunun ermənistanlı həmkarı ilə telefon danışığı olub

Əfv Komissiyasının növbəti iclası keçirilib

“Israel Hayom” qəzeti: "Xocalıya ədalət tələb edirik"

Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI

Bakıda daha iki marşrutun hərəkət sxemi dəyişdirilir

İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq

Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

Hökumət sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması üçün işçi qruplar yaratdı

"Bakı Metropoliteni" müasir tipli vaqonların sayını 75-ə çatdırıb

Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb

Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir

Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

Haitidə həbsxanadan 200 məhbus qaçıb, 25 nəfər ölüb

Qubadlının Əfəndilər kəndinin görüntüləri

Yerevanda istefa tələb edənlər iki sutkadır çadırda gecələyir