Bakı
7° Buludlu
Non-Stop music
İndi Efirdə 10:05 - 11:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0531 AZN

Anjey Kaspşikin mandatı yenidən uzadılıb

Anjey Kaspşikin mandatı yenidən uzadılıb

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

Bu barədə məlumat ATƏT-in rəsmi saytında yerləşdirilib.

ATƏT-ə sədrliyin İsveçə ötürülməsi ilə təşkilatın fəaliyyətdə olan sədrinə xüsusi nümayəndələr təyin edilib.

Bildirilib ki, 2020-ci ildə Albaniyanın ATƏT-ə sədrliyi dövründə çalışan xüsusi nümayəndələrin çoxu İsveçin sədrliyi dövründə də fəaliyyətinə davam edəcək.

Bununla belə, ATƏT-in fəaliyyətdə olan yeni sədri Ann Lindeyə yeni xüsusi nümayəndələr də təyin edilib. Səfir Kent Harstedt fəaliyyətdə olan sədrin xüsusi elçisi, Rozalin Marbinah Gənclər və Təhlükəsizlik üzrə xüsusi nümayəndə, Liliana Palihoviçi Gender məsələləri üzrə xüsusi nümayəndə, Professor Anita Ramasastri Antikorrupsiya üzrə xüsusi nümayəndə və səfir  Annika Soder isə Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edilib.   

Qeyd edək ki, fəaliyyətdə olan sədrin xüsusi nümayəndələri ATƏT regionunda böhranların və münaqişələrin həlli istiqamətindəki işində sədrə  kömək etmək və iştirakçı dövlətlərin konkret sahələrdə səylərini daha yaxşı əlaqələndirməyi təmin etmək üçün təyin edilir.

Qeyd edək ki, Anjey Kaspşik ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsini 1997-ci ilin yanvarından icra edir.

Ən son xəbərlər

FIDE reytinqi: Azərbaycanın iki şahmatçısı irəlilədi

Aİ Prezidenti Gürcüstanda səfərdədir

Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb

İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların sayı açıqlanıb

Əcnəbi jurnalistlər “Zəfər yolu”nun çəkilişi ilə tanış olub

Mart ayının hava proqnozu açıqlanıb

Şoyqunun ermənistanlı həmkarı ilə telefon danışığı olub

Əfv Komissiyasının növbəti iclası keçirilib

“Israel Hayom” qəzeti: "Xocalıya ədalət tələb edirik"

Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI

Bakıda daha iki marşrutun hərəkət sxemi dəyişdirilir

İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq

Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

Hökumət sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması üçün işçi qruplar yaratdı

"Bakı Metropoliteni" müasir tipli vaqonların sayını 75-ə çatdırıb

Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb

Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir

Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır