Bakı
7° Buludlu
Non-Stop music
İndi Efirdə 11:05 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0531 AZN

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

Son günlər sosial şəbəkə ünvanlarında guya mexaniki-elektron sayğacların təbii qazla bağlı daha çox sərfiyyatı qeydə aldığı barədə müxtəlif yanaşmalara rast gəlinir.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda deyilir.

“Azəriqaz” bildirir ki, deyilənlər həqiqəti əks etdirmir: “Qaz ölçü qurğuları, yəni sayğacların hamısının bir funksiyası var – sayğacdan keçən təbii qazın sərfiyyatını qeydə almaq. Smart-kart tipli sayğacın sərfiyyatı az, mexaniki-elektron sayğacın isə sərfiyyatı çox qeydiyyata alması mümkün deyil. Bu ölçü qurğuları standartlara cavab verir. Ölkəyə gətirildikdən sonra ən müasir üsullarla test olunur, yoxlanılır, daha sonra istismara verilir. Yəni müvafiq digər dövlət qurumları da (Azərbaycan Metrologiya İnstitutu) bu prosesə nəzarət edir”.

Qurum həmçinin bildirir ki, Azərbaycan Metrologiya İnstitutu tərəfindən ölçmə vasitələrinin (ÖV) tipinin təsdiqi məqsədi ilə keçirilən sınaqların nəticələri əsasında, ölçmə vasitəsinin tipinin metroloji və texniki tələblərə uyğunluğu barədə qərar qəbul olunur: “Tipi təsdiq edilmiş ölçmə vasitələri, dövlət reyestrinə daxil edilir. Dövlət reyestrinin qeydiyyatı qanunvericiliyə uyğun qaydada müəyyən edilir. Standart nümunələrin və ya ölçmə vasitələrinin Dövlət Reyestrində, respublikada istehsal edilmiş və dövlət qəbul sınağından keçirilərək, tipi təsdiq edilmiş, həmçinin xaricdən partiyalarla və ya tək-tək gətirilmiş və təsdiq olunmuş tipə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə metroloji ekspertizadan keçirilərək, respublika ərazisində istifadəsinə icazə verilən standart nümunələrin və ya ölçmə vasitələrinin qeydiyyatı aparılır. Tipi təsdiq olunmuş standart nümunələrin və ya ölçmə vasitələri haqqında məlumat mərkəzləşdirilmiş məlumat fonduna daxil edilir, həmçinin “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin rəsmi internet səhifəsində yayımlanır”.

İstehsalat Birliyi qeyd edir ki, abonentlər onu da nəzərə almalıdırlar ki, soyuq günlərdə təbii qazdan istifadə artıb. Qaza olan təlabat çoxalıb: “Üstəlik, narazı qalan abonentlərin sərfiyyatında artıq göstəriciləri də COVID-19 koronavirus pandemiyası ilə bağlı sərtləşdirilmiş karantin dövrünə təsadüf edir. Yəni hamı - əksər ailə üzvləri evdədir və istilik sisteminə ehtiyac əvvəlkindən çoxdur. Güzəştli aşağı tarifli limit həddinin də elə 2020-ci ilin dekabr ayında keçilməsinə çox təsadüf edilib. İstənilən abonent öz sərfiyyatı, ödənişləri barədə abonent soldosunu əldə edə bilər. Məsələn, bu “ASAN Kommunal” mərkəzlərində mümkündür. Və yaxud 104/185 saylı Çağrı Mərkəzinə də müraciət edib sorğu verə bilərlər. Bir sözlə, heç kimə artıq borc yazılmır, belə hal ciddi məsuliyyətdir. Bunu “Azəriqaz” İB-nin hər bir əməkdaşı yaxşı dərk edir. Bizim əsas məqsədimiz Sizə, operativ, layiqli xidmət göstərməkdir”.

Ən son xəbərlər

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr

"Mənzillə təmin olunmayan heç bir şəhid ailəsi qalmayacaq"

Netanyahu İsrail gəmisində partlayışa görə İranı günahlandırıb

FIDE reytinqi: Azərbaycanın iki şahmatçısı irəlilədi

Aİ Prezidenti Gürcüstanda səfərdədir

Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb

İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların sayı açıqlanıb

Əcnəbi jurnalistlər “Zəfər yolu”nun çəkilişi ilə tanış olub

Mart ayının hava proqnozu açıqlanıb

Şoyqunun ermənistanlı həmkarı ilə telefon danışığı olub

Əfv Komissiyasının növbəti iclası keçirilib

“Israel Hayom” qəzeti: "Xocalıya ədalət tələb edirik"

Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI

Bakıda daha iki marşrutun hərəkət sxemi dəyişdirilir

İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq

Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

Hökumət sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması üçün işçi qruplar yaratdı

"Bakı Metropoliteni" müasir tipli vaqonların sayını 75-ə çatdırıb

Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb

Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir