Bakı
25° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Cavidin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9142 AZN

"Bizdə modellik sahəsində inkişaf yoxdur"

"Bizdə modellik sahəsində inkişaf yoxdur"

Türkiyədə yaşayan tanınmış model Günay Musayeva bu gün “Hər şey daxil” proqramının qonağı olub.  "Antenn.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, canlı efirdə Azərbaycanda modellik sahəsinin gözdən düşdüyünü bildirib.  Günay qeyd edib ki, buna səbəb pulla keçirilən müsabiqələrdir:

“Bizdə modellik sahəsində inkişaf yoxdur. Çünki tekstil sahəsi zəifdir. Bundan əlavə,  model yarışmalarında pul söhbətləri var. Belə müsabiqələrə görə modellər gözdən düşdü. Mən “Best model of Azerbaijan”ı keçirməkdən imtina etdim, çünki maraq yoxdur. Çünki pul söhbətləri ortada fırlanır. 1, 50 sm boyu var, Azərbaycan gözəli seçilir. Azərbaycan xanımları çox gözəldir. Amma təssüflər olsun ki, bu sahəni gözdən salırlar”.