Bakı
7° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0652 AZN

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Ən son xəbərlər

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

Cavid Qurbanov İranın Azərbaycandakı səfiri ilə görüşüb

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb

Trampın gələcək planları açıqlandı

"AvtoVAZ" avtomobillərin qiymətlərini artırdı

“YAŞAT” Fondu üç qazini əməliyyat etdirib - FOTO

Ərdoğanla Makron arasında videokonfrans formatında görüş keçiriləcək

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

Niderland hökuməti istefa verib

Anjey Kaspşikin mandatı yenidən uzadılıb

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar

Çavuşoğlu: "Qarabağa səfərlərə Rusiya sülhməramlıları deyil, Azərbaycan icazə verməlidir"

Azərbaycan Minatəmizləmə Agentliyi yaradıldı

ANAMA ləğv edildi

Bəs siz "WhatsApp"ı sildiniz və ya rəqəmsal savadlılıq haqqında düşünməyin əsl vaxtıdır

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ əlillərinə yeni evlər verildi

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

Ukrayna Azərbaycandan pomidor idxalına başlaya bilər

Gürcüstan əhalisinin 60 %-nə COVID-19 vaksini vurulacaq