Bakı
7° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0652 AZN

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, “Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 dekabr tarixli Sərəncamının icrasının sürətləndirilməsi məqsədilə Müdafiə Nazirliyi vətəndaşlara müvafiq sənədləşməni aşağıdakı qaydada həyata keçirməyi tövsiyə edir.
Səfərbərlikdən tərxisedilmə ilə əlaqədar hərbi qulluqçuların aşağıda göstərilən kateqoriyalara aid olmasını təsdiq edən sənədlərin (surətləri notarial qaydada təsdiq olunmuş) Azərbaycan Ordusunun müvafiq hərbi hissələrinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təqdim olunması xahiş olunur:
- üç və ya daha çox uşağı olan;
- himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
- himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;
- ailənin tək övladı olan;
- ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
- döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;
- yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;
- mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.

Ən son xəbərlər

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

Cavid Qurbanov İranın Azərbaycandakı səfiri ilə görüşüb

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb

Trampın gələcək planları açıqlandı

"AvtoVAZ" avtomobillərin qiymətlərini artırdı

“YAŞAT” Fondu üç qazini əməliyyat etdirib - FOTO

Ərdoğanla Makron arasında videokonfrans formatında görüş keçiriləcək

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

Niderland hökuməti istefa verib

Anjey Kaspşikin mandatı yenidən uzadılıb

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar

Çavuşoğlu: "Qarabağa səfərlərə Rusiya sülhməramlıları deyil, Azərbaycan icazə verməlidir"

Azərbaycan Minatəmizləmə Agentliyi yaradıldı

ANAMA ləğv edildi

Bəs siz "WhatsApp"ı sildiniz və ya rəqəmsal savadlılıq haqqında düşünməyin əsl vaxtıdır

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ əlillərinə yeni evlər verildi

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

Ukrayna Azərbaycandan pomidor idxalına başlaya bilər

Gürcüstan əhalisinin 60 %-nə COVID-19 vaksini vurulacaq