Bakı
7° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0652 AZN

Azərbaycan Türkiyə ilə birgə Qarabağda Yüksək Texnologiyalar Parkı yaradacaq

Azərbaycan Türkiyə ilə birgə Qarabağda Yüksək Texnologiyalar Parkı yaradacaq

Türkiyədə fəaliyyət göstərən “GOSB” texnoparkı ilə İnnovasiyalar Agentliyi arasında “Mədəni və Elmi Əməkdaşlıq” memorandumu imzalanıb.

İnnovasiyalar Agentliyindən verilən məlumata görə, Qarabağ torpaqları düşmən işğalından azad edildikdən dərhal sonra ölkə prezidentinin göstərişi ilə regionda abadlıq işlərinin aparılmasına start verildi. Qarabağ hər zaman ilk öncə mədəniyyət ocağı, şairlərin, musiqiçilərin və incəsənət xadimlərinin vətəni olub. Qarabağın yeni tarixi yazılarkən onu regionda həm də yüksək texnologiyalar və innovasiyalar məkanına çevirmək dövlətimizin iqtisadiyyatı və gələcək tərəqqisi üçün vacibdir.  Bu məqsədlə Qarabağda texnologiya parklarının, innovasiya mərkəzlərinin açılması planlaşdırılır. İnnovasiyalar Agentliyi bu yolda ilk addımını Türkiyənin ən böyük sənaye bölgələrindən birində yerləşən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə memorandum imzalayaraq atıb. 

Memorandumda hər iki tərəfin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub. Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması və gənc mütəxəssislərin yetişdirilməsi məqsədi ilə mütəmadi olaraq akselerasiya proqramlarının, texnologiya transferi proqramlarının, bilik və təcrübələrin paylaşması planlaşdırılır.  Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil ediləcək, ən əsası isə müştərək Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda yüksək texnoloji cihazların istehsalı planlaşdırılır. Mütəmadi təşkil olunacaq kampuslarda isə gənclərimizin və İKT sahəsinin mütəxəssislərinin bir-biri ilə ünsiyyətdə olmaları, təcrübələrini bölüşmələri və yeni ideyalarını həyata keçirmələri üçün mühit yaradılacaq.

Ən son xəbərlər

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

Cavid Qurbanov İranın Azərbaycandakı səfiri ilə görüşüb

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb

Trampın gələcək planları açıqlandı

"AvtoVAZ" avtomobillərin qiymətlərini artırdı

“YAŞAT” Fondu üç qazini əməliyyat etdirib - FOTO

Ərdoğanla Makron arasında videokonfrans formatında görüş keçiriləcək

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

Niderland hökuməti istefa verib

Anjey Kaspşikin mandatı yenidən uzadılıb

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar

Çavuşoğlu: "Qarabağa səfərlərə Rusiya sülhməramlıları deyil, Azərbaycan icazə verməlidir"

Azərbaycan Minatəmizləmə Agentliyi yaradıldı

ANAMA ləğv edildi

Bəs siz "WhatsApp"ı sildiniz və ya rəqəmsal savadlılıq haqqında düşünməyin əsl vaxtıdır

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ əlillərinə yeni evlər verildi

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

Ukrayna Azərbaycandan pomidor idxalına başlaya bilər

Gürcüstan əhalisinin 60 %-nə COVID-19 vaksini vurulacaq