Bakı
8° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0652 AZN

Yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstələri barədə cinayət işi başlanıldı - FOTO/VİDEO

Yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstələri barədə cinayət işi başlanıldı - FOTO/VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib. Polislər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Emin Cəfərquliyevi evindən kənarda olan zaman ictimai yerdə müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.Cəfərquliyev Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Daha bir oxşar tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib. Belə ki, aktiv koronavirus xəstəsi olan Xətai rayonu Ə.Quliyev küçəsində qeydiyyatda olan Zaur Əsədova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb. Z.Əsədovun dəfələrlə polisin xəbərdarlıqlarına baxmayaraq, yaşayış yerini tərk etməsi müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Onun barəsində Xətai RPİ-nin İstintaq Şöbəsind Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

 

Ən son xəbərlər

Azərbaycan məhkəmələrində işlərin təxirəsalınma müddəti uzadılıb

MN: Vətən müharibəsindən qayıdan şəxslərin 1 700-dən çox müraciətinə baxılıb

Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək

Tbilisidə polis və etirazçılar arasında qarşıdurma olub, 10-a yaxın şəxs saxlanılıb

Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia

Bakıda qar yağacaq

3 rayonda qanunsuz silah saxlayanlara qarşı əməliyyat keçirilib

Nazirlik: Zəfər muzeyinin yerləşəcəyi məkan hələlik müəyyənləşməyib

“Facebook” vasitəsilə kütləvi tədbirlər keçirilməsinə qadağa qoyuldu

İctimai iaşə müəssisələrində COVID-19-a qarşı mübarizə ilə bağlı videoçarx hazırlanıb - VİDEO

Qırğız Respublikasında prezident seçkilərinin nəticələri açıqlandı

Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib

Yaqut Qarayev: “Vaksinasiya aparılmasına baxmayaraq, karantin rejiminin tələblərinə ciddi riayət olunmalıdır”

Operativ Qərargahdan məktəblərlə bağlı açıqlama

Azərbaycanda vurulacaq “CoronaVac” vaksini 91.25 faiz effektivdir

65 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyi tarix açıqlandı

Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur

Vaksinlərin alınması Koronavirusla Mübarizə Fondunun vəsait hesabına həyata keçirilir

Azərbaycanda vaksinasiya yanvarın 18-də başlayacaq

Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb

Bu tarixlərdə beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək