Bakı
7° Aydın hava
Non-Stop music
İndi Efirdə 14:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0695 AZN

DİN COVID-19-la bağlı vətəndaşlara xəbərdarlıq edib

DİN COVID-19-la bağlı vətəndaşlara xəbərdarlıq edib

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən xəbərə görə, Nazirliyin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışır, vətəndaşlar tərəfindən epidemiyanın qarşısının alınmasına xidmət edən sanitariya-gigiyena qaydalarına əməl olunması, COVID-19 virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin özlərini təcrid etmələri, digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları ciddi nəzarətdə saxlanılır. 

“Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. Noyabrın 25-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin postlarında 19 COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə onlardan 18-i evə qaytarılıb, 1-i isə xəstəxanaya yerləşdirilib. Qanunvericiliyə uyğun olaraq bu şəxslər barəsində cinayət işi başlanılıb.

Vətəndaşların diqqətinə çatdırırıq ki, bütün dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamalı, bunun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə  gözlənilməlidir. Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxmamaları tövsiyə olunur.

Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırırıq. Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir”, - deyə qeyd olunub. 

 

Ən son xəbərlər

XİN: Azərbaycanlı dənizçinin nəşinin Vətənə gətirilməsi üçün tədbirlər görüləcək

Azərbaycan və Türkiyə XİN rəhbərləri gəmiyə edilən hücumu müzakirə edib

Novruz çərşənbələrinin vaxtı açıqlandı

"İnstagram"da pullu xidmət qarşılığında dələduzluq əməlləri artıb - XƏBƏRDARLIQ

Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru həkimlərin maaşını mənimsəyib

Nazirlik: UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı sənəd hazırlanır

Nazirlik: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub

Bill Qeyts peyvənd olundu

Masallı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirilib, saxlanılanlar var

Rusiyadan Azərbaycan məhsullarının idxalı ilə bağlı qərar

AMEA-da yeni təyinatlar olub

Gürcüstanın XİN başçısı Azərbaycana dəvət olunub

Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı

İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib

Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub

Gürcüstan prezidenti: “NATO Qafqaza daha çox diqqət ayırmalıdır”

Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama

Yaqub Mahmudov Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib

"Millətin doğuluşu": Şevçenkonun Azərbaycan səfəri sonrası təəssüratları

Ermənistan Qarabağda döyüşən muzdluların pulunu ödəyə bilmir

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb