Bakı
17° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8799 AZN

Qəbələdə dağlıq ərazidə yanğın başlayıb - Helikopter və təyyarə cəlb edilib

Qəbələdə dağlıq ərazidə yanğın başlayıb - Helikopter və təyyarə cəlb edilib

Qəbələ rayonunda yanğın başlayıb.

Qəbələ rayon İcra Hakimiyyətindən  verilən məlumata görə, rayonun Solquca kəndində dağlıq ərazi yanır: "Yanğın kolluq ərazidən başlasa da onun meşəyə keçmək təhlükəsi var. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür".

Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğın Mühafizə Xidmətindən bildirblər ki, hadisə yerinə canlı qüvvə və texnikalar, həmçinin bir helikopter və bir təyyarə cəlb edilib.