Bakı
17° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8799 AZN

Yaponiyanın ən hündür binası inşa olunacaq

Yaponiyanın ən hündür binası inşa olunacaq

Yaponiyanın “Mori Building” şirkəti 2023-cü ilədək Tokioda 330 metr hündürlükdə bina ucaltmaq niyyətindədir.

Yaponiyanın ən hündür binası olacaq tikilidə həm yaşayış, həm də ofis sahələri yaradılacaq. Paytaxtın mərkəz hissəsində inşa olunacaq bina mehmanxana və beynəlxalq təhsil mərkəzinin də daxil olacağı kompleksin bir hissəsi olacaq.

Qeyd olunur ki, 2027-ci ildə “Mitsubishi Estate” tərəfindən Tokio vağzalı yaxınlığında 390 metr hündürlükdə başqa bir bina ucaldılacaq.

Hazırda Yaponiyanın ən hündür binası Osakada  yerləşir, hündürlüyü 300 metrdir.