Bakı
17° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8799 AZN

Emmanuel Makron: "Bizim evimiz yanır"

Emmanuel Makron: "Bizim evimiz yanır"

Fransa prezidenti Emmanuel Makron Amazon meşələrindəki yanğınlarla bağlı narahatlığını ifadə edib və "Böyük yeddilik" ölkələrini bu problemi qarşıda keçiriləcək sammit zamanı müzakirə etməyə çağırıb.

 O , bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Sözün hərfi mənasında bizim evimiz yanır. Amazoniya - planetimizin 20% oksigen istehsal edən ağciyərləri, yanır. Bu beynəlxalq bir böhrandır. G7 üzvləri, bu təcili vəziyyət haqqında danışmaq üçün iki gündən sonra bir araya gələk", - deyə o bildirib.

Amazoniya meşələrində güclü yanğınlar artıq 3 həftədir ki, davam edir.

G7 sammiti 24-26 avqust tarixlərində Fransanın Biarrits şəhərində keçiriləcək.