Bakı
8° Buludlu
Non-Stop music
İndi Efirdə 14:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0647 AZN

İlham Əliyev Ərdoğana məktub yazıb

İlham Əliyev Ərdoğana məktub yazıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu yazıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım.

29 Oktyabr – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir.

Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.

Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir.

Bu bayram günündə Sizin sevincinizi bölüşür, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Ən son xəbərlər

Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pisləyib

Ərdoğan: “Fransanın onsuz da vasitəçilik missiyası qalmayıb”

4267 nəfər COVID-19-a yoluxub, 41 nəfər vəfat edib

Bu gün Türkiyədə 90 min məsciddə şəhidlərimiz yad edilir

Türkiyə səfirliyi şəhidlərimizin xatirəsini yad etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir

Klapanlı maskaların əsas çatışmazlığı açıqlandı

XİN: Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

Prezident İlham Əliyev BMT BA-nın xüsusi sessiyasında çıxış edib

Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olanlarla bağlı paylaşım edib

Bu gün Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Prezident: “Azərbaycan Ordusu “Qarabağ Ermənistandır” iddiasına layiqli cavab verdi”

İlham Əliyev: “ÜST pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb”

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana başsağlığı verib

Azərbaycan XİN Ermənistan xarici işlər nazirinin “Armenpress” agentliyinə verdiyi müsahibəsini şərh edib

Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq - SƏRƏNCAM

Şəhidlərin xatirəsini yad etmək üçün sabah saat 12:00-da bir dəqiqəlik sükut elan ediləcək

Vətən müharibəsində Azərbaycanın 2 783 hərbi qulluqçusu şəhid olub

Ərdoğan Qələbə paradında iştirak etmək üçün Azərbaycana gəlir

Kəlbəcərə komendant təyin olundu - RƏSMİ