Bakı
9° Aydın hava
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0272 AZN

Prezident Milli Qəhrəman Şükür Həmidovun atası ilə danışıb

Prezident Milli Qəhrəman Şükür Həmidovun atası ilə danışıb

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi. Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamışdır.

Nəriman Həmidov dövlət başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib.

Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və Vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.

Ən son xəbərlər

3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib

Hulusi Akar Fransa Senatının qətnaməsini pislədi

DİN COVID-19-la bağlı vətəndaşlara xəbərdarlıq edib

Gürcüstanın dövlət qulluqçularının 80 %-i distant iş rejiminə keçəcək

Bakıdakı Türkiyə və İran səfirləri GÖRÜŞDÜ

Plastik stəkan satanlar cərimələnəcək

Milli Məclis Fransa senatının qətnaməsilə bağlı etiraz bəyanatını müzakirə edir

Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərir

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama - Video

Fransa XİN Senatın Qarabağla bağlı qətnamə layihəsini pislədi

Fransa XİN: “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir”

Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti görüntüləri - VİDEO

İşğaldan azad edilmiş ərazilərimiz

XİN başçısı: “Azərbaycan Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmalarının birgə yaşayışını təmin etməyə hazırdır”

Ərdoğan: "Türkiyənin dəstəyi sayəsində Ermənistanın işğalı sona çatıb"

MDB PA-nın payız sessiyası noyabrın 26-27-də keçiriləcək

Türkiyə səfirliyi Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

Kəlbəcərə kosmosdan baxış - FOTO

Ordumuzun Kəlbəcərə daxil olmasının yeni görüntüləri - FOTO/VİDEO

Azərbaycan Ordusunun Kəlbəcərə daxil olacağı istiqamətlər müəyyən olunub

Putin beynəlxalq təşkilatların Dağlıq Qarabağda münaqişənin gələcək həllində iştirakına ümid edir