Bakı
Non-Stop music
İndi Efirdə 11:05 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0344 AZN

Ermənilərin atdığı raketin qalıqları Bakı-Novorossiysk neft kəmərinin keçdiyi əraziyə səpələnib - RƏSMİ

Ermənilərin atdığı raketin qalıqları Bakı-Novorossiysk neft kəmərinin keçdiyi əraziyə səpələnib - RƏSMİ

Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymağa davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 18 oktyabr 2020-ci il tarixdə, saat 13 radələrində Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib Azərbaycan Respublikasının Xızı rayonunun ərazisində hərbi hədəf olmayan xam neft və kondensat ixrac edən kəmərləri hədəfə alıb.

Ermənistan silahlı  qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən artıq məsafədə yerləşən Xızı rayonu istiqamətində raket zərbələri endirməyə çalışıb, Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsəfəyə səpələnib.

Törədilmiş həmin cinayət nəticəsində neft ixrac edən və dağıdılması əhəmiyyətli maddi zərər vurulmasına səbəb ola bilən böyük ötürücülü xam neft və kondensat ixrac edən kəmərlər üçün təhlükəli şərait yaranmaqla infrastruktur obyektlərinə məxsus xüsusilə külli miqdarda əmlakların qəsdən məhv edilməsinə cəhd olunub.

Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.

Ən son xəbərlər

Virusa yoluxmada öndə gedən RAYONLAR

Azərbaycanın güllə atıcısı Polşada qızıl medal qazanıb

Türkiyə MN: Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik

Bakıda dəhşətli qəza: Avtomobil marketə çırpıldı, üç tibb işçisi öldü

3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib

Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib

DYP sürücülərə müraciət edib

Moldovanın yeni prezidenti hökuməti istefaya səsləyib

Bakı sakini küçədə qətlə yetirildi

Fransa XİN Senatın qondarma "DQR"-lə bağlı qətnaməsini dəstəkləməyib

3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib

Hulusi Akar Fransa Senatının qətnaməsini pislədi

DİN COVID-19-la bağlı vətəndaşlara xəbərdarlıq edib

Gürcüstanın dövlət qulluqçularının 80 %-i distant iş rejiminə keçəcək

Bakıdakı Türkiyə və İran səfirləri GÖRÜŞDÜ

Plastik stəkan satanlar cərimələnəcək

Milli Məclis Fransa senatının qətnaməsilə bağlı etiraz bəyanatını müzakirə edir

Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərir

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama - Video