Bakı
17°
Non-Stop music
İndi Efirdə 14:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0063 AZN

Ermənilərin Gəncədə törətdiyi növbəti təxribatla bağlı 6 maddə üzrə cinayət işi başlanıb

Ermənilərin Gəncədə törətdiyi növbəti təxribatla bağlı 6 maddə üzrə cinayət işi başlanıb

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Baş Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən həlak olan və  zərərçəkmiş şəxslərin, həmçinin mülki infrastruktur obyektlərinin, nəqliyyat vasitələrinin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Ən son xəbərlər

Karantin qaydaları yenidən sərtləşdirildi, Operativ Qərargah vətəndaşlara müraciət etdi

Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olunub

İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"

Ərdoğan: “S-400-ü sınaqdan keçirmək üçün ABŞ-dan icazə alacaq deyildik”

Azərbaycanda daha 803 yeni yoluxma faktı qeydə alınıb

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Prezident Milli Qəhrəman Şükür Həmidovun atası ilə danışıb

Türkiyə Prezidenti azərbaycanlı xanımları qəbul edib

Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat

Pandemiyaya qarşı müharibə hələ davam edir - Mehriban Əliyeva

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib

DİN-dən vətəndaşlara müraciət: Şübhəli əşyalara toxunmayın

Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Düşmənə ağır zərbələr endirilib, ərazi və yüksəkliklər ələ keçirilib

Zəngilanın daha 1 qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

İlham Əliyev: "Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürüldü"

Füzulinin 3, Cəbrayılın 4 kəndi işğaldan azad edilib

Son sutkada 825 yeni yoluxma faktı qeydə alınıb

Prezident İlham Əliyev: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq”

Prezident İlham Əliyev: "Müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik"