Bakı
22° Buludlu
Non-Stop music
İndi Efirdə 14:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0063 AZN

Xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlər tətbiq olunacaq

Xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlər tətbiq olunacaq

Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

  • 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır;
  • 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.

Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.

Bir daha vətəndaşlarımızı COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq: “Onu da qeyd edək ki, Milli Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq”.

Ən son xəbərlər

Karantin qaydaları yenidən sərtləşdirildi, Operativ Qərargah vətəndaşlara müraciət etdi

Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olunub

İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"

Ərdoğan: “S-400-ü sınaqdan keçirmək üçün ABŞ-dan icazə alacaq deyildik”

Azərbaycanda daha 803 yeni yoluxma faktı qeydə alınıb

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Prezident Milli Qəhrəman Şükür Həmidovun atası ilə danışıb

Türkiyə Prezidenti azərbaycanlı xanımları qəbul edib

Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat

Pandemiyaya qarşı müharibə hələ davam edir - Mehriban Əliyeva

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib

DİN-dən vətəndaşlara müraciət: Şübhəli əşyalara toxunmayın

Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Düşmənə ağır zərbələr endirilib, ərazi və yüksəkliklər ələ keçirilib

Zəngilanın daha 1 qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

İlham Əliyev: "Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürüldü"

Füzulinin 3, Cəbrayılın 4 kəndi işğaldan azad edilib

Son sutkada 825 yeni yoluxma faktı qeydə alınıb

Prezident İlham Əliyev: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq”

Prezident İlham Əliyev: "Müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik"