Bakı
22° Buludlu
Non-Stop music
İndi Efirdə 14:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0063 AZN

Azərbaycanda bəzi yerlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

Azərbaycanda bəzi yerlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarına əsasən koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-a qədər, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-a qədər və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-a qədər ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə qərar qəbul edilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib.

Məlumata görə, qeyd edilən regionlarda epidemiyanın yayılma sürəti artdığı üçün müvəqqəti həftəsonları ictimai nəqliyyatın dayandırılması zərurəti yaranıb. Qalan günlərdə ictimai nəqliyyatın hərəkətinə ciddi nəzarət ediləcək. Avtobusların salonlarında dezinfeksiyaedici məhlulların mütəmadi qoyulması və tibbi maskalardan istifadəyə xüsusi diqqət ayrılıb. Avtobusların gündəlik dezinfeksiya olunması ilə bağlı tələbin icrasına nəzarətin gücləndirilməsi məqsədilə xüsusi monitorinq qrupu yaradılıb.

Ən son xəbərlər

Karantin qaydaları yenidən sərtləşdirildi, Operativ Qərargah vətəndaşlara müraciət etdi

Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olunub

İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"

Ərdoğan: “S-400-ü sınaqdan keçirmək üçün ABŞ-dan icazə alacaq deyildik”

Azərbaycanda daha 803 yeni yoluxma faktı qeydə alınıb

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Prezident Milli Qəhrəman Şükür Həmidovun atası ilə danışıb

Türkiyə Prezidenti azərbaycanlı xanımları qəbul edib

Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat

Pandemiyaya qarşı müharibə hələ davam edir - Mehriban Əliyeva

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib

DİN-dən vətəndaşlara müraciət: Şübhəli əşyalara toxunmayın

Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Düşmənə ağır zərbələr endirilib, ərazi və yüksəkliklər ələ keçirilib

Zəngilanın daha 1 qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

İlham Əliyev: "Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürüldü"

Füzulinin 3, Cəbrayılın 4 kəndi işğaldan azad edilib

Son sutkada 825 yeni yoluxma faktı qeydə alınıb

Prezident İlham Əliyev: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq”

Prezident İlham Əliyev: "Müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik"